Tor (film, 2011)

Tor
ing. Thor
Filmin posteri.
Filmin posteri.
Janr superqəhrəmanlıq
Rejissor Kennet Brana
Prodüser Kevin Fayqi
İcraçı prodüserlər Sten Li
Əsərin müəllifləri Sten Li, Larri LiberCek Körbinin "Tor" komiksləri
Ssenari müəllifləri Eşli Edvard Miller, Zak Stents, Don Peyn
Baş rollarda Kris Hemsvort, Natali Portman, Tom Hiddlston, Stellan Skarsqard, Kolm Fiori, Rey Stivenson, İdris Elba, Ket Denninqs, Rene Russo, Entoni Hopkins
Bəstəkar Patrik Doyl
Geyim rəssamı Aleksandra Birne[d]
Montajçı Pol Rabell[d]
İstehsalçılar Marvel Studios
Distribütor:
Paramount Pictures[N 1]
Distribütor Paramount Pictures, Disney+, Walt Disney Studios Motion Pictures[d]
İlk baxış tarixi 17 aprel 2011 (Sidney)
6 may 2011 (ABŞ)
Müddət 114 dəq.[4]
Büdcə 150 milyon $[5]
Gəlir 449,3 milyon $[6]
Ölkələr ABŞ ABŞ
Dil ingilis
Sonrakı film Tor: Zülmət dünyası
Rəng rəngli
Çəkiliş yeri Nyu-Meksiko, Los-Anceles
IMDb ID0800369
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tor (ing. Thor)Marvel Studios tərəfindən istehsal olunmuş, eyniadlı Marvel Comics personajının komikslərinə əsaslanan 2011-ci il ABŞ superqəhrəmanlıq filmi. Marvel Kinematoqrafiya Kainatının 4-cü filmidir. Kennet Brananın rejissorluğu, Eşli Edvard Miller, Zak StentsinDon Peynin ssenaristlikləri ilə çəkilmiş filmin əsas rollarında Kris Hemsvort, Natali Portman, Tom Hiddlston, Stellan Skarsqard, Kolm Fiori, Rey Stivenson, İdris Elba, Ket Denninqs, Rene RussoEntoni Hopkins çıxış edirlər. Filmdə Tor buz nəhənglərinə qarşı özbaşına müharibə başlatdığı üçün Asqarddan Yerə sürgün edilir, güclərindən və çəkici Myolnirdən məhrum edilir. Loki Asqard taxtını ələ keçirməyə cəhd edir, Tor isə Lokini dayandırıb taxta layiq olmağa çalışır.

Tor üçün ilk film adaptasiyası konsepsiyasını 1991-ci ildə Sem Reymi inkişaf etdirmişdir, lakin tezliklə layihə tərk edilmiş, bir neçə il boyunca "inkişaf cəhənnəmi"ndə qalmışdır. Bu zaman ərzində filmin müəllif hüquqları müxtəlif studiyalarda olmuş, nəhayət 2006-cı ildə Marvel layihəni inkişaf etdirməsi üçün Mark Protoseviçlə müqavilə imzalamış və filmi Paramount vasitəsilə maliyyələşdirib buraxmağı planlaşdırmışdır. İlk buraxılış tarixi 2010-cu il olan filmin rejissorunun Mettyü Von olması planlaşdırılsa da, o, 2008-ci ildə layihədən ayrılmış, onu Brana əvəz etmiş, filmin yeni buraxılış tarixi 2011-ci il olmuşdur. Əsas personajları canlandıracaq şəxslər 2009-cu ildə seçilmiş, filmin çəkilişləri isə 2010-cu ilin yanvarından mayına kimi KaliforniyaNyu-Meksikoda baş tutmuşdur. İstehsal sonrası prosesdə film 3D formata uyğunlaşdırılmışdır.

"Tor" filminin premyerası 17 aprel 2011-ci ildə Sidneydə, 6 may 2011-ci ildə ABŞ-də baş tutmuşdur. Film yaxşı gəlir əldə etmiş, aktyor heyətinin performansı bəyənilmişdir, lakin filmin Yerlə bağlı elementləri bir az tənqid edilmişdir. İki sikvel — "Tor: Zülmət dünyası""Tor: Raqnarök", uyğun olaraq, 8 noyabr 2013-cü il və 3 noyabr 2017-ci il tarixlərində buraxılmışdır. 5 noyabr 2021-ci ildə "Tor: Sevgi və şimşək" adlı üçüncü sikveli də buraxılacaq.

  1. Tadena, Nathalie. "Disney Acquires Distribution Rights to Four Marvel Films From Paramount". The Wall Street Journal. November 13, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2013.
  2. Finke, Nikki. "Disney Completes Purchase of Marvel Home Entertainment Distribution Rights". Deadline Hollywood. July 2, 2013. November 22, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2013.
  3. Palmeri, Christopher. "Disney Buys Rights to Four Marvel Movies From Viacom's Paramount". Bloomberg. July 2, 2013. April 21, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2013.
  4. "Thor". British Board of Film Classification. May 1, 2011 tarixində arxivləşdirilib.
  5. Vaughn, Matthew. "My Week: Matthew Vaughn". The Guardian. London. October 7, 2007. May 9, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 8, 2007.. WebCitation archive.
  6. "Thor (2011)". Box Office Mojo. July 6, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 6, 2011.


Sitat səhvi: " N " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="N"/> teq tapılmadı


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search